Bu gün 2016-cı il aprel döyüşlərində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Xüsusi Təyinatlı Qüvvələrin üzvü Bağırov Emin İmran oğlunun doğum günüdür.
Şəhidin anım günündə onun məzarını doğmaları, yaxınları ziyarət edib, Ümid Partiyası Qadınlar Təşkilatının sədri Ərkinaz Kərimova və təşkilatın üzvləri şəhidin ailəsini tək qoymayıb.
Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət Heyəti Şəhidin ailəsinə, yaxınlarına, doğmalarına səbr diləyir, Şəhidimizin ruhu qarşısında baş əyirlər.
Allah rəhmət etsin!
Qeyd edək ki, Emin İmran oğlu Bağırov (15 iyul 1996; Bakı, Azərbaycan – 4 aprel 2016; Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri idi. O, 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub. Şəhidlik zirvəsinə ucaldıqdan sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib