VƏTƏNLƏŞƏN İQBAL AĞAZADƏnin Doğum Gününə – İGİD TEYMURLU

Onun Sözündə də, Səsində də, Əməlində də bir ağayanalıq, bir bəyzadəlik, bir səmimiyyət var. HƏR zaman sözünün sahibi olub. Sahib durduğu Sözü, nümayiş etdirdiyi Davranışı Onun Varlığına, Onun Şərəfinə Bütöv məmləkətimizin sınırlarını əhatə edən ÜMİD adlı yenilməz bir Qala yapıb!

O Qala – bizim Qala: millətin inamı, millətin sevgisi, millətin güvənci, millətin qayğısı, millətin sayğısı hesabına ucaldılan Qala!

O Qala – bizim Qala: heç zaman təslimçi mövqe tutmayan, bütün zamanlarda SAVAŞ Adamı olaraq TORPAQLARIMIZIN azadlığı uğrunda milləti mücadiləyə SƏSLƏYƏN Qala!

O Qala – bizim Qala: yetişən nəsli öz davranışı, öz açıqlamalarıyla millətimizi deportasiyalara, millətimizi soyqırımlara məruz qoyan və bu gün də torpaqlarımızı işğal altında saxlayan ermənilərə qarşı nifrət ruhunda böyüdən Qala!

O Qala – bizim Qala: bütöv millətə qucaq açan Qala!

O Qala – bizim Qala: Şəhid Baxışlarından Doğan Diktənı Vətən Andına çevirən, Torpaqlarımızın azadlığı uğrunda can qoymuş Əlillərə dayaq duran, Qazilərimizin döyüş əmrini gözlədikləri Qala!

O Qala – bizim Qala: torpağı işğal altında inləyən məmləkət insanının düşməndən öc alması üçün qisas gününə hazırlaşdığı, toparlandığı Qala!

O Qala – bizim Qala: millətin bütövlüyünü, birliyini, həmrəyliyini göz bəbəyi kimi qoruyub saxlayacaq Qala!

O Qala – bizim Qala: milli əxlaqımızı, milli dəyərlərimizi, tariximizi, ədəbiyyatımızı, kimliyimizi, özümüzü, sözümüzü hifz edib qoruyan və qoruyacaq Qala!

O Qala – bizim Qala: milləti kölə psixologiyasına deyil, özgür düşüncəyə, özünügüvəncə qovuşduracaq Qala!

O Qala – bizim Qala: siyasi olimpə uzanan yolda ancaq və ancaq əxlaqa söykənən siyasət yürütməklə cəmiyyəti daha da gözəlləşdirən bir Qala!

O Qala – bizim qala: bu gün qazanda yalxı su qaynatmaqla övladının başını qatıb şirin yuxuya verənlərin sabaha ÜMİDLƏ baxdığı qala!

O Qala – bizim Qala: hələ də itirilmiş yurd yerlərimizin səması üstündə nankorluğumuza baxıb qıy çəkən Kəsik Qollarımızın, Kəsik Qıçlarımızın harayına yetmək üçün “hanı yuvam, yurdum hanı?” Deyə milləti bir amal uğrunda toparlayacaq, milləti bölünmüş, işğal olunmuş Vətənimiz uğrunda Müqəddəs Savaşa aparacaq Qala!..

O Qala – bizim Qala: yurd uğrunda canından belə keçməyə hər an hazır olan keçmiş döyüşçülərin, özəlliklə hər an Ali Baş Komandanın “döyüşə!” əmrini gözləyən 713-cü taborun döyüşçülərinin!

O QALA İQBAL AĞAZADƏNİN KEŞİYİNDƏ DURDUĞU ÜMİD QALASIDIR!

O QALA həm də İqbal Ağazadəyə dayaq duran Ümid QALASIDIR.

O QALA VƏTƏNLƏŞMİŞ İQBAL AĞAZADƏNİN ÖZÜDÜR.

Demək ki, O QALA BİZİMDİR! Ermənistan Azərbaycan müharibəsinin həlli yolu ancaq və ancaq müharibədən keçdiyi kimi bizim də bu müharibədə uğur qazanacağımız Azərbaycan Əsgərinin timsalında sabaha ÜMİDlə baxmağımızdan keçir!

DOĞUM GÜNÜN QUTLU olsun, dünənin, bu günün və sabahın Ümidi olan İQBAL BƏY AĞAZADƏ! Sən varlığınla bütöv məmləkətimizin sınırlarısan. O sınırları qorumaqsa məmləkət insanının borcu…

 

İGİD TEYMURLU

 

Şərh yaz