Ümid Partiyasının təbliğat və informasiya müavinliyi partiyanın 21 may fəaliyyəti ilə bağlı məlumat yayıb.
Ümid Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib.
İclas zamanı ölkədə, bölgədə və dünyada baş verən proseslər müzakirə edilib. Həmçinin həftə ərzində görülən işlər də müzakirəyə çıxarılıb.
Rusiya-Ukrayna müharibəsi, İran – ABŞ\İsrail qarşıdurması və bütün bunların bütün dünya düzəninə təsiri də iclasın müzakirə mövzusu olub. Müharibələrin gedişatı, gözləntilər, bu savaşların Azərbaycanın siyasi-iqtisadi həyatına mənfi və ya müsbət təsiri və bu təsirlərdən itkisiz çıxmaqla əlaqədar məsələlər partiya sədri və yetkililəri tərəfindən müzakirə edilib.
İdarə Heyətinin iclasında Azərbaycan və Ermənistan arasındakı münasibətlər də təhlil edilib.
Partiya sədri İqbal Ağazadə Paşinyan və komandası haqda danışarkən qeyd edib ki, onlar hər iki ölkə arasında sülh müqaviləsini çoxdan imzalamaq üçün hazır olardı, çünki masada olan -Azərbaycanın verdiyi 5 təkliflər Paşinyan höküməti üçün də, Ermənistanın gələcəyi üçün də olduqca keçərlidir, amma içəridə Rusiyanın revanşist qüvvələrinin olması, xüsusilə Rusiyaya bağlı qüvvələrin mövcudluğu, Paşinyanın 7 iyun seçkisindən sonra hakimiyyətdə qalıb-qalmaması, Paşinyan hökumətini qərblə və Rusiya arasında manevr etməyə və sülh müqaviləsini uzatmağa və danışıqların hələlik nəticə verməməsinə gətirib çıxarır.
İclasın irəliləyən dəqiqələrində partiya sədri xüsusi olaraq vurğulayıb ki, Paşinyan höküməti çox istəyir ki, sülh müqaviləsində Qərbin, xüsusilə Avropa Birliyi və Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə bağlanmış sülh müqaviləsi onun hakimiyyəti üçün də bir təminat olsun.
21 may toplantısında daxili siyasətlə bağlı Seçki Məcəlləsinin təkmilləşməsinin vacibliyi qeyd olunub, xüsusilə də ölkədə Konstitusiya islahatlarının aparılması üçün Referendumun keçirilməsi təklifləri irəli sürülüb, partiyanın bu istiqamətdəki müzakirələri səsləndirilib.
Ümid Partiyası rayon təşkilatları ilə növbəti görüşlərin, regional müşavirələrin keçirilməsinə də hazırlaşır. Bu istiqamətdə görüləcək tədbirlər də iclasın müzakirə mövzusu olub, cari işlər və struktur fəaliyyətindən doğan məsələlər müzakirə edilib, bu istiqamətdə müvafiq şöbələrin hesabatları dinlənilib, partiyanın rayon təşkilatlarının fəaliyyətinin gücləndirilməsi və stimullaşdırılması ətrafında müzakirələr aparılıb, regiondakı sosial-siyasi-iqtisadi durum təhlil edilib, aidiyyatı istiqamətdə təkliflər verilib.
Şərh yaz




