Ümid Partiyasının təbliğat və informasiya müavinliyi partiyanın həftəlik fəaliyyətini (1-5 may) yayıb

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi partiyanın həftə ərzindəki

(1 – 5 may) fəaliyyəti ilə bağlı məlumat yayıb

PRESS-RELİZ

(Həftəlik 1 – 5 may)

 

2023-cü ilin may ayının ilk həftəsi üçün Ümid Partiyası Rəyasət Heyətinin və Müavinliyinin növbəti iclasları keçirilib.

Rəyasət Heyətinin toplantısında gündəmin dəyişməz mövzuları – Azərbaycanın daxili və xarici siyasəti, Cənubi Qafqazı və bölgəni zəbt edən olaylar müzakirə edilib.

Toplantıda Rusiya-Ukrayna savaşının detallarna toxunulub, bu müharibə yalnız Rusiya-Ukrayna müharibəsi kimi deyil, həm də Moskva-Qərb qarşıdurması kimi təhlil edilib.

Toplantıda həmçinin İranın Azərbaycana qarşı dəyişməyən rasist siyasəti də müzakirə mövzularından olub. İranın islam maraqlarından sui-istifadə etməsinin də İranın Azərbaycan nifrətinin hər kəsə bəlli olan qədim tarixi fundamental səbəbləri olaraq xüsusi vurğulanıb.

Müavinlik 14 may 2023-cü ildə Türkiyədə keçiriləcək seçkilərə də münasibət bildirib.

Daha sonra iclasın irəliləyən dəqiqələrində Azərbaycan və Ermənistan arasında imzalanması planlaşdırılan sülh müqaviləsi, hər iki ölkənin xarici işlər nazirlərinin Vaşinqton səfəri müzakirə mövzusu olub, Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsində erməni silahlı qruplaşmalarının törətdikləri təxribatlar ətrafında fikir mübadiləsi aparılıb, atəşkəsin pozulması qəti pislənib.

Müavinliyin toplantısında əhalini narahat edən məsələlərdən biri – Azərbaycanda uşaq pulunun verilməsi, sosial gərginliyin aradan qalxması üçün addımlar və s. məsələlər bir daha müzakirə edilib, sadalanan problemlərin həlli üçün Ümid Partiyasının təklifləri diqqətə çatdırılıb.

Toplantının irəliləyən dəqiqələrində Ümid Partiyasının ən qısa zaman üçün təklif etdiyi Referendum seçkisinin keçirilməsinin vacibliyi, proporsional seçki sisteminin bərpası xüsusi vurğulanıb.

Rəyasət Heyəti və müavinliyin iclasında cari işlər və struktur fəaliyyətindən doğan məsələlər də müzakirə edilib, bu istiqamətdə müvafiq şöbələrin hesabatları dinlənilib.

Həftəlik fəaliyyət olaraq, partiya yetkililəri – Ümid Partiyasının sədri İqbal Ağazadə və müavinləri (Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə, partiyanın İcra Aparatının rəhbəri Taleh Əliyev, partiyanın təbliğat və informasiya məsələləri üzrə sədr müavini Tamilla Qulami, partiyanın siyasi məsələlər üzrə sədr müavini Bakir Həsənbəyli, partiyanın sosial məsələlər üzrə müavini İlahə Sadıqova) İnternet Televiziyalarında (Laf Tv, Xural Tv, Reaksiya Tv, Sitat Tv) altı canlı efirlə tamaşaçılar qarşısına çıxıblar. Bu kanallarda ümumi olaraq, beş yüz əlli beş minə yaxın izləyici canlı və yaxud videoyazını izləyib. Sosial şəbəkələr (YouTube, facebook, twitter, instagram, tik-tok) üzərindən həftə ərzində altı milyona yaxın izləyici partiya yetkililərini seyr edib, dinləyib, paylaşımlar ediblər.

Həftə ərzində partiya sıralarına yeni üzvlər qəbul olunub. Partiyanın müvafiq orqanı yeni gələn üzvlərlə işləmək və təşkilatlanma barədə öz tövsiyyələrini verib.

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi

Şərh yaz