Ümid Partiyasının Rəyasət Heyətinin üzvlərinin partiyanın rayon təşkilatlarının növbəti konfransa hazırlıq üzrə Təşkilat Komitəsinin yaradılması istiqamətində görüşlərindən biri 25 iyun Qəbələ rayonunda baş tutub.
Rəyasət Heyətindən görüşdə Ümid Partiyasının siyasi məsələlər üzrə sədr müavini Bakir Həsənbəyli, partiyanın humanitar məsələlər üzrə sədr müavini Səməd Hətəmov, sədrin gənclərlə iş üzrə müavini Mübariz Maxsudov iştirak ediblər. Onlar partiyanın Qəbələ rayon təşkilatının rəhbərliyi və fəallarla görüşüblər.
Görüşdə ictimai-siyasi məsələlər, rayon əhalisinin durumu, partiyanın təşkilatlanması istiqamətində görüləcək işlər müzakirə edilib. Eyni zamanda, növbəti konfransa hazırlıq, partiya sıralarının genişləndirilməsi də görüşdə müzakirə mövzusu olub.
Toplantıda ölkədə, dünyada, regionda baş verən ictimai-siyasi məsələlərlə bağlı çıxışlar olub, fikir mübadiləsi aparılıb və təşkilat məsələləri ilə bağlı geniş müzakirələr baş tutub. Növbəti konfransa hazırlıq üzrə 7 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb.
Qəbələ rayon təşkilatının rəhbərliyi və fəallarının da iştirak etdiyi konfrans hazırlığında qarşıda duran vəzifələrlə bağlı müəyyən fikir mübadiləsi aparılıb, Səməd Hətəmov, Bakir Həsənbəyli, Mübariz Maxsudov tədbir iştirakçılarının suallarını cavablandırıblar.
Təşkilat Komitəsi yaradıldıqdan sonra yerli şöbə fəallarına partiya sıralarının genişləndirilməsi, təbliğatın sürətləndirilməsi, yeni üzvlərin cəlb olunması, növbəti konfransadək yeni özəklərin yaradılması tövsiyə olunub.
Ümid Partiyasının təbliğat və informasiya müavinliyi
Şərh yaz