Martın 28-də Azərbaycan Ümid Partiyasının Rəyasət Heyəti növbəti iclasını keçirib. İclasda ölkədə, eyni zamanda regionda baş verən ictimai-siyasi vəziyyət müzakirə olunub. Partiya rəsmiləri qarşıda duran vəzifələr barədə də fikir mübadiləsi aparıblar.
Tədbirdə ölkədəki durum, siyasi və sosial probemlər ciddi və detallı şəkildə müzakirəyə çıxarılıb, partiyanın müxtəlif proseslərə, problemlərə mövqeyi ifadə olunub.
İclasda Rusiya-Ukrayna münasibətləri, bir aydan artıq davam edən müharibə, Rusiyanın işğal siyasətinin səbəbləri və detalları müzakirə edilib. Həmçinin müharibənin nəticələri və post-müharibə dövrü barədə də ehtimallar ətrafında fikir mübadiləsi aparılıb.
Rəyasət Heyəti Qarabağ bölgəsindəki hərəkətlənmə və hərbi əməliyyatlar barədə yayılan xəbərləri də müzakirəyə çıxarıb.
İclasda parlamentdə boş qalmış dairələrə seçkilərin keçirilməsinin vacib olduğu da qeyd edilib.
Toplantıda həmçinin növbəti üç ay üçün partiyanın fəaliyyət planının qısa müddətdə hazırlanıb müzakirəyə çıxarılması qərara alınıb.
Şərh yaz