Ümid Partiyasının Rəyasət Heyəti növbəti toplantısını keçirdi

Bu gün Azərbaycan Ümid Partiyasının Rəyasət Heyəti növbəti iclasını keçirdi.

İclasda regionda, ölkədə və dünyada baş verən ictimai-siyasi vəziyyət, xüsusilə Qarabağ ərazisində baş verən son olaylar dəyərləndirildi, partiyanın təşkilatlanma işinin, sosial media üzərindən fəaliyyətin cari vəziyyəti müzakirə olundu, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparıldı.

Qərara alındı ki, partiyanın təşkilatlanma işi, habelə konfrans vaxtı çatmış yerli təşkilatların konfranslarının keçirilməsi istiqamətində işlər sürətləndirilsin, “zoom” proqramı üzərindən regional müşavirələrin keçirilməsi davam etdirilsin.

Şərh yaz