Ümid Partiyasının Rəyasət Heyəti toplanıb

Yanvarın 17-də Azərbaycan Ümid Partiyasının Rəyasət Heyəti növbəti iclasını keçirib. İclasda ölkə başçısının Ukraynaya işgüzar səfəri, ölkədə və regionda baş verən ictimai-siyasi vəziyyət müzakirə olunub, həmçinin qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.

Partiyanın 2022-ci il üçün üç aylıq fəaliyyət planı da nəzərdən keçirilib və bu istiqamətdə təkliflər verilib.

Şərh yaz