Ümid Partiyasının Rəyasət Heyəti “Ana harayı” abidəsini ziyarət edib

Ümid Partiyasının Rəyasət Heyəti 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Rusiyanın 366-cı motoatıcı alayının dəstəyi ilə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalılara qarşı törədilən soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib, faciə qurbanlarının xatirəsinə sayğı duruşundan sonra gül dəstələri düzüblər.
Tezliklə Xocalı, Xankəndi, Xocavənd, Əsgəran torpaqlarımızın Azərbaycanın nəzarəti altına keçməsini diləyir, soyqırımı qurbanlarımızın və torpaqlarımızın işğaldan azad edilməsində canlarından keçən Şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirik!
Allah rəhmət etsin!
Şərh yaz