Ümid Partiyasının rəhbər heyəti Suraxanı rayon təşkilatının bir qrup fəalları ilə görüş keçirib

Azərbaycan Ümid Partiyası / Azerbaijan Umid Party – nın rəhbər heyəti Suraxanı rayon təşkilatının bir qrup fəalları ilə görüş keçirib.
Görüşdə Ümid Partiyasının Məşvərət Şurasının sədri Rəfail Tağızadə, partiyanın İdarə Heyətinin üzvləri Elman Abbasov, Tamilla Qulami, Nəzarət Təftiş Komissiyasının sədr müavini Namiq Əliyev iştirak ediblər.
Toplantıya başlamadan öncə Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad olunması və suverenliyimizin bərpası uğrunda canlarından keçən Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Toplantını giriş sözü ilə partiyanın Məşvərət Şurasının sədri Rəfail Tağızadə açıb.
Tədbirdə ölkə və dünya gündəmini tutan olaylardan və bu olayların Azərbaycana təsirlərindən danışılıb. Rəfail Tağızadə “Siyasi Partiyalar Haqqında” yeni Qanunun tələblərinə uyğun olaraq, partiyanın sıralarının daha da genişləndirilməsi, təşkilatlanması və formalaşmasının zəruriliyini qeyd edib.
Ümid Partiyasının İdarə Heyətinin üzvü İlahə Sadıqova ölkənin daxili və xarici siyasətini təhlil edib, iqtidar-müxalifət dialoqu, ölkədə baş verən olaylar və bu olayların fonunda problemlərin həlli istiqamətində Ümid Partiyasının həll təkliflərini iclas iştirakçılarının diqqətinə çatdırıb, qarşıda dayanan vəzifələr, tədbirin məram və məqsədi barədə toplantı iştirakçılarına məlumat verdikdən sonra sözü partiyanın İdarə Heyətinin üzvü Elman Abbasova verib. Elman Abbasov partiya quruculuğu və təşkilatlanma üzərindən iştirakçılarla fikir mübadiləsi aparıb, iclasda iştirak edən üzvlərin təklif və iradlarını dinləyib, verilən sualları cavablandırıb
Quruculuq və təşkilatlanma işlərində RT aktivlərinin fikir və təklifləri də xüsusi qiymətləndirilib.
Şərh yaz