Bu gün 4 may 2024-cü il Azərbaycan Ümid Partiyasının rəhbər heyəti Laçın rayon təşkilatının bir qrup fəalları ilə görüş keçirib.
Görüşdə partiya sədrinin birinci müavini Ənvər Ağazadə, partiyanın Mərkəzi Aparatının rəhbəri Taleh Əliyev, partiyanın Məşvərət Şurasının sədri Rəfail Tağızadə, partiyanın İdarə Heyətinin üzvləri Tamilla Qulami, Səməd Hətəmov, Elman Abbasov, Elnurə Əliyeva, Mübariz Maxsudov, partiyanın Qadınlar Təşkilatı məsulu Olqa Həşimova iştirak ediblər.
Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad olunması və suverenliyimizin bərpası uğrunda canlarından keçən Şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdikdən sonra toplantını giriş sözü ilə partiyanın Mərkəzi Aparatının rəhbəri Taleh Əliyev açıb.
Taleh Əliyev tədbirdə ölkə və dünya gündəmini tutan olaylardan və bu olayların Azərbaycana təsirlərindən danışıb. Mərkəzi Aparatın rəhbəri çıxışına partiya sıralarının daha da genişləndirilməsi, təşkilatlanması və formalaşmasının zəruriliyini qeyd etməklə davam edib.
Toplantının irəliləyən dəqiqələrində partiyanın digər rəhbərlik üzvləri qarşıda dayanan vəzifələr, tədbirin məram və məqsədi barədə toplantı iştirakçılarına məlumat veriblər.
Toplantıda Laçın rayon təşkilatının rəhbəri Elxan Ağayev ölkədəki siyasi mühit, idarəetmədən danışıb.
Daha sonra iştirakçılar pandemiya dönəmi, 44 günlük savaş və Yaxın Şərqdə baş verən qarşıdurmalarla bağlı danışıblar.
Bütün bu istiqamətlərdə paralel olaraq, partiyanın ölkədəki rolundan, rayon şöbələrinin üzərində duran və qarşıdakı vəzifələr barədə fikirlər səsləndirib, siyasi partiya üzvünün vəzifə və hüquqları barədə bir daha xatırlatma edilib, partiya quruculuğu və təşkilatlanma üzərindən iştirakçılarla fikir mübadiləsi aparıb.
Toplantıda Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə də çıxış edib, iclasda iştirak edən üzvlərin təklif və iradlarını dinləyib, verilən sualları cavablandırıb. Çıxışı zamanı Ənvər Ağazadə ölkədə keçirilməsi ehtimal olunan Parlament seçkilərinə hazırlıq mərhələsinin aparılmasının forması haqqında məlumat verib, Ümid Partiyasının bu istiqamətdə tələb və təklifləri iclas iştirakçılarının diqqətinə çatdırıb.
Quruculuq və təşkilatlanma işlərində RT aktivlərinin fikir və təklifləri də xüsusi qiymətləndirilib.
Tədbirdə Laçın rayon təşkilatının qocaman və gənc üzvləri fəallıq göstərib, təklif və iradlarını səsləndirib, təşkilatın irəliləməsi istiqamətində öz töhfələrini verəcəklərini xüsusi məmnuniyyətlə ifadə ediblər.
Şərh yaz