Ümid Partiyasında yeni TƏYİNAT

Ümid Partiyası İcra Aparatının rəhbəri Taleh Əliyevin Sərəncamı ilə Ümid Partiyası İcra Aparatının Əsasnaməsi rəhbər tutularaq, 12 yanvar 2022-ci il tarixində Rəfiyeva Röya Tahir qızı Ümid Partiyası Mərkəzi Aparatının Təbliğat və İnformasiya məsələləri üzrə şöbənin müdiri təyin edilib.

Qeyd: Rəfiyeva Röya Tahir qızı 03.07.1981-ci ildə Oğuz rayonunda anadan olub.

Röya Rəfiyeva Azərbaycan Dövlət Pedoqoji Universitetinin “Filologiya” fakültəsini bitirib.
2002-ci ildən mətbuatda, bir sıra media qurumlarında çalışır. Peşəkar jurnalistdir.

Dövri mətbuatda ictimai-siyasi yazılar və müsahibələrlə çıxış edir.

Ailəlidir, üç övladı var.

Şərh yaz