İyul ayının 6-sı Ümid Partiyasının sədri İqbal Ağazadənin sərəncamı ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru Raifə Rafiq qızı Səfərova partiya sədrinin ümumi məsələlər üzrə müşaviri təyin edilib.

2016-cı ildə “Azərbaycan kinosunda sosial problemlərin ekran təcəssümü (1960 – 1980-cı illər)” adlı dissertasiya işini müdafiə edərək, sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi adını alıb. Gənc alimdir.
2000-ci ildən ADMİU-da elmi-texniki heyətin üzvü kimi fəaliyyətə başlayıb.
2009-2014-cü illərdə ADMİU-nun “Sənətşünaslıq” fakültəsində dekan müavini, 2014-2015-ci illərdə dekan əvəzi vəzifəsində işləyib, o cümlədən 2013-2016-cı illərdə pedaqoji fəaliyyət göstərib.
2016-2021-ci illərdə Bakı Xoreoqrafiya Akademiyasının Tədris şöbəsinin müdiri vəzifəsində işləyib. Öz xahişi ilə tutduğu vəzifədən azad olunub.
Yaradıcılıq fəaliyyəti: 1997-2000-ci illərdə hər il keçirilən “Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalının işçi qrupunda fəaliyyət göstərib.
2000-ci ildə Bakıda keçirilən Audiovizual kino festivalında münsif olub.
2001- 2004-cü illərdə Audiovizual kino festivalının işçi qrupunda işləyib.
2000-ci ildən televiziya kanallarında nümayiş etdirilən kino proqramlarında kinoşünas və tənqidçi kimi çxış edir.
Ailəlidir, 2 övladı var.
Şərh yaz