Ümid Partiyası VİP sədri Əli Əliyevin həbsi ilə bağlı BƏYANAT verdi

13 yanvar 2022-ci il Yasamal Rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Emil Cəfərovun Əli Əliyev barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı hökm oxunub. Hökmə əsasən, partiya sədri 5 ay müddətinə həbs edilib.

Ümid Partiyası bu həbsi qanunsuz, sifarişli məhkəmə qərarı hesab edir, bir siyasi partiya rəhbərinə, ümumiyyətlə ictimai-siyasi yüklü şəxslərə qarşı təzyiq kimi qiymətləndirir və dərhal Apellyasiya Məhkəməsindən ilkin məhkəmənin çıxardığı qərarın ləğvini tələb edir.

Ümid Partiyası hakimiyyəti insan haqları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə, məhkəmələri ədalətli və qərəzsiz keçirməyə çağırır.

Şərh yaz