Ümid Partiyası Vəzir Gülalıyevi təbrik etdi

Bu gün Ümid Partiyası Ali Məclisinin üzvü, Kürdəmir rayon təşkilatının sədri Vəzir Gülalıyevin doğum günüdür.

Vəzir Gülalıyev Milli Azadlıq Hərəkatının iştirakçısı olub, hər zaman demokratik prinsiplər uğrunda mübarizə aparıb, bu gün də öz fəaliyyətini Ümid Partiyasının rayon şöbəsinin sədri kimi davam etdirir.

Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət Heyəti Vəzir bəyi təbrik edir, ona uzun ömür, cansağlığı, şəxsi və siyasi həyatında uğurlar arzulayır.

Şərh yaz