Ümid Partiyası Türkiyə xalqına başsağlığı verdi

Türkiyənin Bartin vilayətinin Amasra rayonunda Daş-kömür mədənində partlayış baş verib. Hadisə nəticəsində onlarla insan həyatını itirib, yaralılar var. Hadisə yerinə xilasedicilər cəlb edilib. Partlayışın səbəbi hələ ki, məlum deyil.

Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət Heyəti Türkiyənin Bartin vilayətinin Amasra rayonunda Daş-kömür mədənində baş verən partlayışdan kədərləndiyini bildirir, həyatını itirənlərin ailələrinə, doğmalarına, Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir.

Şərh yaz