Ümid Partiyası televiziya və radio işçilərini təbrik etdi

Bu gün Milli Televiziya və Radio işçilərinin peşə bayramıdır.
Azərbaycan Radiosu 6 noyabr 1926-cı il tarixində fəaliyyətə başlayıb və sözügedən tarix radio və televiziya işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Azərbaycan Televiziyası və Radiosu Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, dilinin, mədəniyyətinin qorunub saxlanmasında xüsusi xidmətlər göstərib.
Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın İdarə Heyəti radio və televiziya işçilərini peşə bayramı günü münasibətilə təbrik edir, onlara uzun ömür, can sağlığı və fəaliyyətlərində uğurlar arzulayır.
Şərh yaz