Ümid Partiyası Tamilla Qulamini təbrik etdi

1 oktyabr Ümid Partiyası sədrinin təbliğat və informasiya məsələləri üzrə müavini Tamilla Qulaminin doğum günüdür.

Tamilla Qulami tək-tək xanımlardandır ki, gənc yaşlarından siyasətə qoşulub. Prinsipiallığı, mübarizliyi ilə siyasətdə öz sözünü deyib və deməkdə davam edir. O, hər zaman millətinə, dövlətinə bağlılığı, vətənpərvərliyi ilə seçilib, dövlət atributlarımızın ən böyük təbliğatçılarından biri, Bütöv Azərbaycan sevdalısıdır. Azərbaycanın ərazi bütövlüyü, ölkədə demokratik cəmiyyətin, hüquqi dövlətin yaranması, elin, obanın problemlərinin həlli üçün mübarizənin önündə dayanıb. O, bunu həm Ümid Partiyasındakı fəaliyyətində, həm də bir dönəm bələdiyyə üzvü olduğunda sübut edib.

Tamilla Qulami 44 günlük Vətən müharibəsi ərəfəsində “Müsəlləh əsgərəm mən də bu gündən” deyib, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində könüllü olaraq ön cəbhədə xidmət etmək üçün ilk yazılan xanımdır.

Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət Heyəti Tamilla xanımı təbrik edir, ona uzun ömür, can sağlığı, şəxsi işlərində və siyasi fəaliyyətində uğurlar arzulayır.

Şərh yaz