Ümid Partiyası Sabirabad Rayon Şöbəsinin növbəti konfransı keçirildi

Bu gün (29.06.2021) Ümid Partiyası Sabirabad Rayon Şöbəsinin növbəti konfransı keçirilib.
 
Konfransda Ümid Partiyası sədrinin təşkilat məsələləri üzrə müavini Bakir Həsənbəyli, sədrin humanitar məsələlər üzrə müavini Səməd Hətəmov, gənclər üzrə şöbənin müdiri Şükür Cavadov və Xaricdə yaşayan soydaşlarla iş üzrə şöbənin müdiri Murtuza Məmmədov iştirak edib.
 
Konfrans şəhidlərimizin əziz xatirəsi yad edildikdən sonra dövlət himnimizin sədaları ilə öz işinə başlayıb.
 
Konfransın seçkili orqanları formalaşdıqdan sonra gündəliyə uyğun olaraq, şəhər şöbəsinin seçkili orqanlarının hesabatı dinlənilib və fəaliyyətləri qənaətbəxş qəbul edilib.
 
Konfrans zamanı Sabirabad Rayon Şöbəsinin seçkili orqanlarına yeni seçkilər keçirilib. Əslan Əliyev yenidən Sabirabad Rayon Şöbəsinin sədri seçilib.
 
Eyni zamanda şəhər şöbəsinin 3 nəfərdən ibarət Nəzarət Təftiş Komissiyası formalaşıb və 12 nəfərdən ibarət şöbə məclisinin səlahiyyəti təsdiq olunub.
Şərh yaz