“Dünya gözəl dünyadır”, “Bizim uşaq dünyamız”, “Gözlə, gələcəyəm”, “Bəyaz gecələrdən bəyaz xatirə” və bir sıra başqa albomları ilə sevənlərinin yaddaşında qalan tanınmış müğənni, “Bəyaz gecələr” Yaradıcılıq Mərkəzinin və “Bəyaz gecələr” MMC-nin rəhbəri Səyyad Əlizadə vəfat edib.
Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət Heyəti Səyyad Əlizadənin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə, yaxınlarına və sevənlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət etsin!
Şərh yaz