Ümid Partiyası sərhədçiləri təbrik etdi

Azərbaycan Ümid Partiyası sərhədçiləri peşə bayramı münasibətilə təbrik etdi

18 avqust Azərbaycan Respublikası Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günüdür.

Müsəlman Şərqin ilk demokratik cumhuriyyəti olan Azərbaycan Xalq Cumhuriyyəti hakimiyyəti dövründə – 1919-cu ilin 18 avqustu ilk sərhəd mühafizəsi təsis edilib.

Azərbaycan Respublikasının Prezidenti mərhum Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli Sərəncamı ilə 18 avqust hər il sərhədçilərin peşə bayramı günü kimi qeyd olunur.

Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın İdarə Heyəti sərhədçiləri peşə bayramı münasibətilə təbrik edir, hər birinə şəxsi həyatda və peşə fəaliyyətlərində uğurlar arzulayır. 

Şərh yaz