Ümid Partiyası Radio və Televiziya işçilərini təbrik edib

Ümid Partiyası Radio və Televiziya işçilərini peşə bayramı günü münasibətilə təbrik edib.

6 noyabr 1926-cı il ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı!” ifadəsi ətrafa yayıldı.

Bir əsrə yaxındır yol gələn Azərbaycan radiosu müxtəlif maneələr, çətin günlərlə qarşılaşsa da, ayaqda qalmağı bacarıb. Təbii ki, burada radio işçilərinin əvəzsiz zəhməti, fasiləsiz fəaliyyəti dayanır.

Azərbaycan radiosu və televiziyası illərlə Azərbaycan xalqının milli dəyərlərinin, dilinin, mədəniyyətinin qorunub saxlanmasında xüsusi xidmətlər göstərib.

Azərbaycanımızın müstəqilliyi uğrunda gedən mübarizədə şəhid olan jurnalistlərimizin ruhu qarşısında baş əyir, Allahdan rəhmət diləyirik!

Ümid Partiyası olaraq, bu sahədə çalışan hər kəsi təbrik edir, şəxsi həyatlarında və fəaliyyətlərində uğurlar arzulayır, peşə fəaliyyəti zamanı hələ də çətinliklərlə qarşılaşan əməkdaşlara maneələrdən uzaq olmağı, ölkəmizdən və işğaldan azad edilən külli Qarabağımızdan xoş xəbərlər, nəzarətimizdə olmayan torpaqlarımızdan tezliklə zəfər zənguləsini eşitməyi diləyirik.

 

Şərh yaz