Ümid Partiyası Qusar Rayon Şöbəsi növbəti konfransını keçirib.
Konfransda partiya rəhbərliyindən partiya sədrinin mətbuat və informasiyaa üzrə müavini Elman Abbasov, Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Elşən Quliyev və Gənclər şöbəsinin müdiri Şükür Cavadov iştirak edib.

Partiya sədrinin mətbuat və informasiya üzrə müavini Elman Abbasov Azərbaycanda ictimai-siyasi vəziyyət, qarşıda duran vəzifələr, görüləcək işlərlə bağlı məruzə ilə çıxış edib.
Konfransa Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Kəbir Rzayev konfransa hazırlıq üzrə hesabat verib. Konfrans səlahiyyətli olduğu üçün öz işinə başlayıb.

Qusar Rayon Şöbəsinin sədri Kəbir Rzayevin konfranslararası görülən işlərlə bağlı hesabatı dinlənilib, hesabat konfrans iştirakçıları tərəfindən qənaətbəxş hesab edilib.
Sonra Nizamnaməyə uyğun olaraq, təşkilati məsələyə baxılıb.

Kəbir Rzayev yenidən Qusar Rayon Şöbəsinin sədri seçilib.
Konfrans iştirakçıları Nəzarət-Təftiş Komissiyasının üzvlərini seçib, özək təşkilatının sədrlərini Məclis üzvlüyünə təsdiq ediblər.
Şərh yaz