Ümid Partiyası Qurultaya hazırlaşır

Azərbaycan Ümid Partiyası növbədənkənar Qurultaya gedir.
Bu gün Ümid Partiyasının Mərkəzi Qərargahında Rəyasət Heyətinin toplantısı keçirilib. Toplantı zamanı növbədənkənar Qurultaya hazırlıq üzrə 17 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb.
Təşkilat Komitəsinin ilk iclasında Qurultayın ehtimal olunan gündəliyi müzakirə olunub.
Qurultayın müzakirəsinə yeni Nizamnamənin qəbulu və təşkilatı məsələlər çıxarılacaq.
Qurultayın yeri və tarixi Təşkilat Komitəsinin növbəti toplantısında müəyyənləşəcək.
Şərh yaz