Ümid Partiyası neftçilərin peşə bayramını təbrik etdi

Bu gün gecəsini gündüzünə qataraq, böyük zəhmətləri hesabına müasir Azərbaycan iqtisadiyyatının inkişafına böyük töhfə verən neftçilərin peşə bayramıdır.

20 sentyabr 1994-cü il tarixində bütün dünyada “Əsrin müqaviləsi” adı ilə tanınmış neft kontraktları imzalandı. Bu kontraktlar Azərbaycanın neft sənayesinin inkişafında yeni səhifə açdı, müstəqil Azərbaycanın dünyada tanınmasına, dünya siyasətində rolunun artmasına, dünyanın tanınmış böyük şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayə yatırmasına təkan verdi.

Bu səbəbdən 20 sentyabr hər il Azərbaycanda “Neftçilər Günü” kimi qeyd edilir.

Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət Heyəti Azərbaycan neftçilərini peşə bayramı münasibəti ilə təbrik edir, onlara şəxsi həyatlarında və işlərində uğurlar arzulayır.

Şərh yaz