Ümid Partiyası Müzadil Hüseynəliyevi təbrik etdi

Ümid Partiyası Müzadil Hüseynəliyevi təbrik etdi

Bu gün Ümid Partiyasının Belarus Respublikası üzrə səlahiyyətli nümayəndəsi Müzadil Hüseynəliyevin doğum günüdür.

Müzadil bəy Milli Azadlıq Hərakatının fəallarından olub. Azərbaycanın ərazi bütövlüyü, ölkədə demokratik cəmiyyətin, hüquqi dövlətin yaranması üçün hər zaman mübarizənin önündə dayanıb və hazırda Ümid Partiyasının sıralarında mübarizəsini davam etdirir.

Ümid Partiyasının sədri İqbal Ağazadə və Rəyasət Heyəti ixtisaca həm də həkim olan Müzadil doktoru təbrik edir, ona uzun ömür, can sağlığı, şəxsi işlərində və siyasi fəaliyyətində uğurlar arzulayır.

Şərh yaz