Ümid Partiyası Milli Birlik Günü münasibətilə alman xalqını təbrik etdi

Bu gün Almaniyada Milli Birlik Günüdür.
Qeyd edək ki, 3 oktyabr 1990-cı il tarixində Almaniya Federativ Respublikasının konstitusiyasına əsasən, Almaniya Demokratik Respublikası və Qərbi Berlin Almaniya Federativ Respublikasının tərkibinə daxil olub. Bu münasibətlə 3 oktyabr Almaniyada Milli Birlik Günü kimi qeyd edilir.
Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın İdarə Heyəti Alman Milli Birlik Günü münasibətilə alman xalqını və dövlətini təbrik edir.
Şərh yaz