Ümid Partiyası Konstitusiyaya dəyişiklikləri ictimaiyyətə təqdim etdi

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi partiyanın həftə ərzindəki (18-12 aprel) fəaliyyəti ilə bağlı məlumat yayıb.

Ümid Partiyası Rəyasət Heyətinin və Müavinliyinin növbəti iclasları keçirilib.
Rəyasət Heyətinin iclasında ölkədə və dünyadakı ictimai-siyasi vəziyyət müzakirə edilib, həftə ərzində partiyada görülən işlər barədə məlumat verilib. Ümid Partiyası ölkədə mövcud olan problemlərdən çıxış yolu kimi hazırladığı təkliflər paketini də müzakirəyə çıxarıb.

Rəyasət Heyətinin iclasında Rusiya-Ukrayna müharibəsi, hərbi əməliyyatların törətdiyi problemlər müzakirə edilib. Bu müharibənin nəticələri və postmüharibə dövrü barədə gözləntilər də müzakirə olunub.

İclasda Azərbaycan Respublikasının suveren ərazisi olan Qarabağ bölgəsində baş verənlər, erməni silahlı qruplaşmalarının bu bölgədə törətdikləri təxribatlar ətrafında da fikir mübadiləsi aparılıb.

Toplantıda Ümid Partiyasının Konstitusiyaya təklif etdiyi dəyişikliklər paketi də müzakirə edilib. Konstitusiyanın müvafiq maddələrinə təklif olunan əlavə və dəyişikliklər müzakirə olunub və həftə ərzində həmin təkliflər media vasitəsilə ictimaiyyətə təqdim edilib.

Müavinliyin iclasında cari işlər və struktur fəaliyyətindən doğan məsələlər müzakirəyə çıxarılıb, bu istiqamətdə müvafiq şöbələrin hesabatları dinlənilib, növbəti həftələr üçün tədbirlər planı təqdim edilib.

Həftə ərzində partiya yetkililəri sədr İqbal Ağazadə və müavinləri (Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə, partiyanın təbliğat və informasiya məsələləri üzrə sədr müavini Tamilla Qulami, partiyanın sosial məsələlər üzrə sədr müavini İlahə Sadıqova ) İnternet Televiziyalarında (Reaksiya Tv, Xural Tv, Laf Tv) yeddi canlı efirlə tamaşaçılar qarşısına çıxıblar. Bu kanallarda ümumi olaraq, üç yüz minə yaxın izləyici canlı və yaxud videoyazını izləyib. Sosial şəbəkələr (YouTube, facebook, twitter, instagram, tik-tok) üzərindən həftə ərzində yarım milyona yaxın izləyici partiya yetkililərini seyr edib, dinləyib, paylaşımlar ediblər.

Həftə ərzində partiya sıralarına yeni üzvlər qəbul olunub.Həftəsonu müavinliyin toplantısında yeni üzvlərin qəbulu barədə təşkilat şöbəsi məlumat verib. Partiyanın müvafiq orqanı yeni gələn üzvlərlə işləmək və təşkilatlanma barədə öz tövsiyyələrini verib.

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi

Şərh yaz