Ümid Partiyası Kanal13 İnternet Televiziyasını təbrik edib

10 oktyabr Kanal 13 İnternet Televiziyasının 13 yaşı tamam olur. 

Kanal 13 İnternet Televiziyasının rəhbərliyi və əməkdaşlarını təbrik edir, fəaliyyətlərində uğurlar arzulayır, hər zaman obyektivliyi qorumağı, vətəndaşlarımızın, saytı, kanalı izləyənlərin verdiyi informasiyadan məmnun qalmalarını diləyirik. Kim haqlıdırsa, hər zaman haqlının sözünü deyəsiniz, məmləkətimiz üçün çalışasınız.

Tezliklə işğaldan azad olunmuş torpaqlarımızda şöbələriniz açılsın, o torpaqlardan bizə hər zaman xoş xəbərlər verəsiniz.

Dünyanın harasında olmasından asılı olmayaraq, hər bir azərbaycanlının sevimli informasiya agentliyi olasınız, insanları siyasi mənsubiyyətinə, milliyətinə, dininə, məzhəbinə, təriqətinə görə ayrıseçkilik etməyəsiniz, hər bir həmvətənimiz sizin saytda özünü tapa bilsin.

Uğurlar!

Şərh yaz