Ümid Partiyası İctimai Televiziyanı təbrik etdi

Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin 16 yaşı tamam olur. İTV efir fəaliyyətinə 2005-ci il 29 avqustda başlayıb.

Ümid Partiyası olaraq, İctimai Televiziya rəhbərliyini və əməkdaşlarını təbrik edir, arzu edirik ki, vətəndaşların siyasi mənsubiyyətinə, milliyətinə, dininə, məzhəbinə, təriqətinə görə ayrıseçkilik etməsinlər, azərbaycanlıları bölməsinlər, fərq qoymasınlar. Hər bir həmvətənimiz o efirdə özünü tapa bilsin. Haqlı olanın sözünü desinlər, hər zaman Azərbaycan üçün çalışsınlar.

Qoy, bütün dövrlərdə verdikləri informasiyalar obyektivlikdən kənar olmasın.

Bir daha təbriklər!

Şərh yaz