Ümid Partiyası həftəlik fəaliyyəti ilə bağlı məlumat yayıb – 30 oktyabr – 3 noyabr

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi partiyanın həftə ərzindəki (30 oktyabr – 3 noyabr) fəaliyyəti ilə bağlı məlumat yayıb
PRESS-RELİZ
(Həftəlik 30 oktyabr – 3 noyabr)
Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin növbəti toplantıları keçirilib/
Toplantı zamanı ölkə, region və dünya gündəmi, Azərbaycanda ictimai-siyasi vəziyyət müzakirə edilib. Müzakirə zamanı Azərbaycanın regionda baş verən proseslərə adekvat münasibəti xüsusi diqqətə çatdırılıb.
Yaxın Şərqdə baş verən qarşıdurmalarda Azərbaycanın mövqeyi, Azərbaycan-Ermənistan arasında imzalanması gərəkən Sülh Müqaviləsi, Türkiyənin regiondakı rolu, Rusiya-Ukrayna savaşı, İsrail-Fələstin savaşı və dünyanın bu savaşa münasibəti və s. məsələlər də iclasın müzakirə mövzusu olub.
İclasda Qarabağa qayıdış planı, işğaldan azad edilmiş ərazilərdə idarəetmə siyasəti, partiyanın bu istiqamətdəki təklif, plan və düşüncələri də detallı şəkildə müzakirəyə çıxarılıb, partiyanın Konstitusiyaya etdiyi təkliflər müqabilində dəyişikliklər edilməsi və buna görə də mütləq Referendum keçirilməsinin vacibliyi də təhlil edilib. Həmçinin, bildirilib ki, hakimiyyət müharibəni qazanmaqla faktiki olaraq, Qarabağda ciddi avantaj əldə etməsi ilə, bunu davamlı prosesə çevirməli, ölkə daxilindəki sosial, siyasi, iqtisadi vəziyyəti dəyişməlidir.
Rayon şöbələrinin kuratorları rayon təşkilat sədrlərinin hesabatlarına əsasən qeyd ediblər ki, Azərbaycanda uşaq pulunun verilməsi, sosial gərginliyin aradan qalxması üçün addımlar və s. məsələlər bölgə üçün çox vacib, narahatedici məqamlardır və bu problemin həlli üçün də partiyanın təklifləri diqqətə çatdırılıb. Belə ki, ölkədə sosial şərait, əhalinin yaşam tərzi yaxşılaşdırılması, əhalinin aztəminatlı hissəsinə xüsusi güzəştlər olması, kommunal xərclərin aşağı salınması, uşaqpullarının verilməsi, demokratik cəmiyyət idarəçiliyinin olması, insan haqlarının qorunması, məhkəmələrin azad qərarlar qəbul etməsi ölkədaxili həlli ediləcək ən mühüm addımlardandır.
Toplantının gedişatında partiyanın təşkilatlanma işi, sosial media üzərindən fəaliyyətin cari vəziyyəti müzakirə olunub, qarşıda dayanan vəzifələr barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, iclasda partiyanın bir neçə proqramının yenilənməsi detallı şəkildə müzakirə edilib. İclasda partiyanın rayon təşkilatlarının mütəmadi keçirilən toplantıları da müsbət dəyərləndirilib.
Həftə ərzində partiya yetkililəri – Ümid Partiyasının sədri İqbal Ağazadə və İdarə Heyətinin üzvləri (Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə, partiyanın Mərkəzi Aparatının rəhbəri Taleh Əliyev, partiyanın İdar Heyətinin üzvləri Bakir Həsənbəyli, İlahə Sadıqova) ARB24, Reaksiya Tv, Laf Tv, Xural Tv və Cebhe Tv-də yeddi canlı efirlə izləyici qarşısına çıxıblar. Bu kanallarda ümumi olaraq, beş yüz əlli minə yaxın izləyici canlı və yaxud videoyazını izləyib. Sosial şəbəkələr (YouTube, facebook, twitter, instagram, tik-tok) üzərindən həftə ərzində beş milyona yaxın izləyici partiya yetkililərini seyr edib, dinləyib, paylaşımlar ediblər.
Həftə ərzində partiya sıralarına yeni üzvlər qəbul olunub. Partiyanın müvafiq orqanı yeni gələn üzvlərlə işləmək və təşkilatlanma barədə öz tövsiyyələrini verib.
Ümid Partiyasının təbliğat və informasiya müavinliyi
Şərh yaz