Ümid Partiyası həftəlik (5 – 9 dekabr) fəaliyyəti ilə bağlı məlumat yayıb
Ümid Partiyasının təbliğat və informasiya müavinliyi partiyanın həftə ərzindəki (5 – 9 dekabr) fəaliyyəti ilə bağlı məlumat yayıb
PRESS-RELİZ
(Həftəlik 5 – 9 dekabr)
5 – 9 dekabr tarixlərində Ümid Partiyasının Rəyasət Heyəti və müavinliyin iclasları keçirilib. İclaslarda ölkədaxili sosial problemlər və dünyada və regionda baş verən proseslər müzakirə edilib.
Toplantıda 3 dekabr “Beynəlxalq Əlillər Günü” ilə bağlı partiyanın rəsmi səhifəsi və rəsmi sosial şəbəkə hesablarında yazılan məlumat diqqətə çatdırılıb.
https://www.umidparty.org/3-dekabr-beyn%c9%99lxalq-%c9%99ng%c9%99lliyi-%c9%99lilliyi-olan-s%c9%99xsl%c9%99r-gunudur/
Rəyasət Heyətinin toplantısında Cənubi Qafqaz və dünyada baş verən proseslərdə Azərbaycanın rolu və yeri dəyərləndirilib. Xarici siyasətdə Azərbaycanın diplomatik kirpusunun etməsi gərəkənlər vurğulanıb, Ümid Partiyasının bu istiqamətdə təklifləri səslənib. Daha sonra ölkə gündəmi müzakirə edilib.
Həftə ərzində Ümid Partiyasının sədri İqbal Ağazadə və partiya yetkililəri – Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə, partiyanın İcra Aparatının rəhbəri Taleh Əliyev, partiya sədrinin sosial məsələlər üzrə sədr müavini İlahə Sadıqova, xaricdə yaşayan soydaşlar və ictimaiyyətlə əlaqələr üzrə sədr müavini Elman Abbasov İnternet Televiziyalarında (Xural Tv, Reaksiya Tv, Laf Tv, Toplum Tv, Turan İnformasiya Agentliyi, ARB24) on canlı efirlə tamaşaçılar qarşısına çıxıblar. Bu kanallarda ümumi olaraq, beş yüz minə yaxın izləyici canlı və yaxud videoyazını izləyib. Sosial şəbəkələr (YouTube, facebook, twitter, instagram, tik-tok) üzərindən həftə ərzində dörd milyona yaxın izləyici partiya yetkililərini seyr edib, dinləyib, paylaşımlar ediblər.
Həftə ərzində partiya sıralarına yeni üzvlər qəbul olunub. Partiyanın müvafiq orqanı yeni gələn üzvlərlə işləmək və təşkilatlanma barədə öz tövsiyyələrini verib
Ümid Partiyasının təbliğat və informasiya müavinliyi