Ümid Partiyasının təbliğat və informasiya müavinliyi partiyanın həftə ərzindəki (18-22 iyul) fəaliyyəti ilə bağlı məlumat yayıb
PRESS-RELİZ
(Həftəlik 18-22 iyul)
Ümid Partiyası Rəyasət Heyətinin və Müavinliyinin iclasları keçirilib.
Rəyasət heyətinin toplantısında gündəmi əhatə edən mövzular müzakirə olunub, hökümətin 6 aylıq hesabatı təhlil edilib, ölkədə və dünyada baş verən proseslər, bu hadisələr fonunda Azərbaycanın qarşısında dayanan vəzifələr diqqətə çatdırılıb, zəngilanlıların Zəngilanın Ağalı kəndinə köçü, Ümid Partiyasının Qarabağa qayıdış istiqamətində hakimiyyətə təqdim etdiyi təkliflər paketi, Ermənistan Ordusunun Qarabağdan çəkilməsi, rusların Qarabağdakı hərəkəti və ya hərəkətsizliyi, dünya gündəmindən 5 aydır ki, davam edən Rusiya-Ukrayna savaşı və digər məsələlərə də toxunulub.
Müavinliyin toplantısında Ümid Partiyasının ölkədə sosial-siyasi-iqtisadi problemlərdən çıxış yolu üçün mövcud iqtidara təqdim etdiyi təkliflər paketi, cari işlərdən doğan məsələlər və struktur fəaliyyəti müzakirə edilib, partiyanın müvafiq şöbələrinin aidiyyatı üzrə hesabatları dinlənilib.
İclasda cəmiyyətin tələblərindən doğan Referendum Seçkiləri üçün Ümid Partiyasının təklif etdiyi Konstitusiya layihəsinin maddələri diqqətə çatdırılıb, ölkə daxilində baş verən sosial gərginliyin səbəbinin qanunların işləməməsindən dolayı yarandığı xüsusi qeyd olunub, mövcud hakimiyyətin siyasi komandasının yarıtmaz idarəetməsinin iflası ilə dəyərləndirilib.
Həftə ərzində partiya yetkililəri – Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın rəhbər heyəti (partiyanın təbliğat və informasiya məsələləri üzrə sədr müavini Tamilla Qulami, partiyanın siyasi məsələlər üzrə sədr müavini Bakir Həsənbəyli, diaspora, xaricdə yaşayan soydaşlar, partiyanın sosial məsələlər üzrə sədr müavini İlahə Sadıqova, ictimaiyyətlə əlaqələr üzrə sədr müavini Elman Abbasov) İnternet Televiziyalarında (Xural Tv, LAF Tv, Reaksiya Tv, Press Klub Tv) 5 canlı efirlə izləyicilər qarşısına çıxıb, ölkə gündəmini dəyərləndirib, Ümid Partiyasının problemlərin həlli istiqamətində təklif etdiyi tələbləri efir vasitəsilə toplumun diqqətinə çatdırıb, tamaşaçıların suallarını cavablandırıblar.
Sosial şəbəkələr (YouTube, facebook, twitter, instagram, tik-tok) üzərindən həftə ərzində beş milyona yaxın izləyici partiya yetkililərini seyr edib, dinləyib, paylaşımlar ediblər.
Ənənəvi olaraq, həftə ərzində partiya sıralarına yeni üzvlər qəbul olunub. Bu həftə üzvlərdən gənclər təşkil edib. Partiyanın müvafiq orqanı yeni gələn üzvlərlə işləmək və təşkilatlanma barədə öz tövsiyyələrini verib.
Toplantıda rayon səfərləri ilə bağlı məlumat verilib.
Xatırladaq ki, Ümid Partiyasının Rəyasət heyəti Saatlı, Samux, Ağsu, Cəlilabad, Masallı, Astara, Neftçala, Şəki, Sabirabad, Qəbələ, Bərdə, Göygöl, Oğuz, Qax rayonlarında görüşlər keçirib, şöbələrin konfransa hazırlığı yoxlanılıb, sözügedən rayonlarda konfransa hazırlıq üzrə Təşkilat Komitələri yaradılıb.
Ümid Partiyasının təbliğat və informasiya müavinliyi
Şərh yaz




