Ümid Partiyasının təbliğat və informasiya şöbəsi partiyanın həftə ərzindəki (12 – 17 may 2024) fəaliyyəti ilə bağlı məlumat yayıb
PRESS-RELİZ
(Həftəlik 12 – 17 may)
Ümid Partiyası İdarə Heyətinin növbəti iclasları keçirilib.
Ümid Partiyasının İdarə Heyətinin toplantısında Azərbaycanın xarici siyasəti, regiondaxili apardığı siyasət, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliyi rəhbərlərinin Almatı, parlament sədrlərinin Cenevrə görüşü, Ermənistan və Gürcüstandakı aksiyalar və ölkəmiz daxilindəki problemlər, keçirilməsi gözlənilən parlament seçkiləri müzakirə edilib, problemlərin həlli istiqamətində təkliflər diqqətə çatdırılıb, Azərbaycanın xarici siyasətindəki uğurlar xüsusilə vurğulanıb, qeyd olunub ki, bununla yanaşı daxili problemlər var və onların həlli özəlliklə iqtidardan asılıdır və Qarabağ kimi problemi həll edən dövlətin xalqı bu problemlərlə üzləşməməlidir.
Qanunvericiliyin tələbinə görə bu il ölkəmizdə parlament və bələdiyyə seçkiləri keçirilməlidir. Bu istiqamətdə toplantı iştirakçıları qeyd edib ki, parlament və bələdiyyə seçkiləri cəmiyyət üçün yeni bir mərhələ olmalıdır və hakimiyyət bu istiqamətdə əvvəlki illərdən fərqli olaraq, siyasi institutların parlamentdə və bələdiyyədə təmsilçilik imkanlarını genişləndirməlidir. İnsanlara, siyasi partiyalara, institutlara, ictimai-siyasi cəhətdən aktiv olan vətəndaşların bu seçkilərdə haqqının tanınması və real təbliğat aparmaq imkanları genişlənməlidir. Partiyanın mərkəzi və yerli strukturları artıq bu istiqamətdə müəyyən işlərə başlayıb. Parlament seçkilərində iştirak üçün 75 şəxs Mərkəzi Aparata məlumat verib. 49 nəfər namizədliyə namizədin dairəsi müəyyənləşib. Digər dairələr üzrə də çalışmalar davam edir. Mərkəzi Aparat seçki şüarları, Partiyanın proqramından çıxarışlar, imza toplanmasının effektiv yolları, təbliğatda yeniliklər və s. kimi vacib elementlər üzərində işləyir. O cümlədən, Bələdiyyə seçkiləri də partiyanın diqqətindədir.
İdarə Heyətinin iclasında həmçinin vurğulanıb ki, əsasən insan haqlarının qorunması sahəsində, hətta cinayəti olan, yaxud da gözlənilən, lakin həbs olunmuş adamlar və yaxud da siyasi məhbus hesab edilən şəxslər, cəmiyyət üçün tanınmış şəxslər – bunların hamısı ya amnistiya, ya da əfv aktı ilə böyük bir açılım edib, cəmiyyətə qaytarılmalıdırlar.
Toplantıda rayon şöbələrinin kuratorları rayon təşkilat sədrlərinin hesabatlarına əsasən qeyd ediblər ki, Azərbaycanda uşaq pulunun verilməsi, sosial gərginliyin aradan qalxması üçün addımlar və s. məsələlər bölgə üçün çox vacib, narahatedici məqamlardır və bu problemin həlli üçün də partiyanın təklifləri diqqətə çatdırılıb, dəyişməz mövzulardan olan cari işlər və struktur fəaliyyətindən doğan məsələlər müzakirə edilib, bu istiqamətdə müvafiq şöbələrin hesabatları dinlənilib. Belə ki, ölkədə sosial şərait, əhalinin yaşam tərzi yaxşılaşdırılması, əhalinin aztəminatlı hissəsinə xüsusi güzəştlər olması, kommunal xərclərin aşağı salınması, uşaqpullarının verilməsi, demokratik cəmiyyət idarəçiliyinin olması, insan haqlarının qorunması, məhkəmələrin azad qərarlar qəbul etməsi ölkədaxili həlli ediləcək ən mühüm addımlardandır.
Həftə ərzində partiya yetkililəri – Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə, partiya sədrinin birinci müavini Ənvər Ağazadə, partiyanın Mərkəzi Aparatının rəhbəri Taleh Əliyev, İdarə Heyətinin üzvləri Tamilla Qulami, Bakir Həsənbəyli, Elman Abbasov, İlahə Sadıqova, Anar İsayev yerli telekanallarda və internet televiziyalarında (Arb 24, Reaksiya Tv, Laf Tv, Xural Tv, Cebhe Tv) 10 (10) canlı efirlə tamaşaçılar qarşısına çıxıblar.
Bu kanallarda ümumi olaraq, dörd yüz əlli minə yaxın izləyici canlı və yaxud videoyazını izləyib. Sosial şəbəkələr (YouTube, facebook, twitter, instagram, tik-tok) üzərindən həftə ərzində üç milyona yaxın izləyici partiya yetkililərini seyr edib, dinləyib, paylaşımlar ediblər.
Həftə ərzində partiya sıralarına yeni üzvlər qəbul olunub. Partiyanın müvafiq orqanı yeni gələn üzvlərlə işləmək və təşkilatlanma barədə öz tövsiyyələrini verib.