Ümid Partiyası Füzuli Əsgərovu təbrik etdi

Bu gün Ümid Partiyası Ali Məclis sədrinin birinci müavini Füzuli Əsgərovun doğum günüdür.
Füzuli Əsgərov siyasi fəaliyyəti ilə yanaşı həm də peşəkar hərbçidir. Hərbi təhsilini Türkiyə Cümhuriyyətində alıb. Uzun illər zabit olaraq, Naxçıvan Muxtar Respublikasında ordumuzun tərkibində önəmli postlarda və hərbi vəzifələrdə vətənə xidmət edib.
Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət Heyəti Füzuli bəyi təbrik edir, şəxsi həyatında və siyasi fəaliyyətində uğurlar diləyir.
Şərh yaz