Ümid Partiyası Flora Kərimovanı təbrik etdi

Bu gün Azərbaycanın canlı korifeyi Flora Kərimovanın doğum günüdür.

Ustad sənətkar Flora Kərimova Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. Klassik Avropa operası (Qaynana filmində Dilbərin ariyası, Sular qız romansı), Milli Opera janrı ( Üzeyir Hacıbəyovun Leyli və Məcnun operasında Leyli), xalq mahnıları, Bəstəkar mahnılarının Klassik Art-Estrada (Sovet Estradası) janrlarının ustad sənətkarıdır.

Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət Heyəti Flora xanım Kərimovanı təbrik edir, can sağlığı, uzun ömür, şəxsi həyatında və sənət fəaliyyətində uğurlar arzulayır. 

Təbrik edirik!

Şərh yaz