Ümid Partiyası Faiq Əliyevi təbrik etdi

Bu gün Ümid Partiyasının sədr müavini, Naxçıvan MR Təşkilatının sədri, Ümid Partiyası Ali Məclisinin üzvü Faiq Əliyevin doğum günüdür.

Faiq Əliyev Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından olub. Sədərək döyüşlərində iştirak edib və yaralanıb. Azərbaycanın ərazi bütövlüyü, ölkədə demokratik cəmiyyətin, hüquqi dövlətin yaranması üçün hər zaman mübarizənin önündə dayanıb və 2006-cı ildən Ümid Partiyası sıralarında mübarizəsini davam etdirir.

Vətənpərvərliyi, cəsarəti, hüququn aliliyinə yanaşması, elin-obanın probleminin həllində hər zaman yaxından iştirak etməsi, bütün ictimai-siyasi fəaliyyətini xalqının xoş gələcəyinə sərf etməsi, hər zaman haqqın yanında dayanması səbəbindəndir ki, həm onu tanıyanların, həm də Ümid ailəsinin hörmətini qazanıb.

Ümid Partiyasının sədri İqbal Ağazadə və Rəyasət Heyət Faiq bəyi doğum günü münasibətilə təbrik edir, şəxsi işlərində və siyasi fəaliyyətində uğurlar diləyir!
Təbrik edirik!

Şərh yaz