Ümid Partiyası Elşən Quliyevi təbrik etdi

Bu gün Ümid Partiyası Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) sədri, Qarabağ qazisi Elşən Quliyevin doğum günüdür. 

Elşən Quliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərin – I Qarabağ savaşının iştirakçısı, partiyanın veteran üzvlərindəndir. O, ölkədə demokratik cəmiyyətin, hüquqi dövlətin yaranması üçün hər zaman mübarizənin önündə dayanıb və bu gün də Ümid Partiyasının sıralarında MNTK sədri olaraq, mübarizəsini davam etdirir. Partiyanın ictimai-siyasi həyatında yaxından iştirak edib, bütün seçkilərdə öz aktivliyi ilə seçilib. 

Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət Heyəti Elşən bəyi təbrik edir, ona uzun ömür, can sağlığı, şəxsi işlərində və siyasi fəaliyyətində uğurlar arzulayır.

Şərh yaz