Ümid Partiyası Elman Abbasovu təbrik etdi

Bu gün Ümid Partiyası sədrinin informasiya və mətbuat üzrə müavini Elman Abbasovun doğum günüdür.

Azərbaycan Milli Azadlıq Hərəkatının fəallarından olan Elman Abbasov jurnalist, eyni zamanda hüquq müdafiəçisi kimi fəaliyyət göstərib.

2004-2005-ci illərdə müxtəlif vaxtlarda Naxçıvanda çıxan müstəqil “Bizim Naxçıvan” qəzetində müxbir, ANS TV-in şəhərlər qrupunun Naxçıvan bürosunun rəhbəri, APA İnformasiya Agentliyinin Naxçıvan bölgə müxbiri işləyib. 2005-2007-ci illərdə “Bizim yol”, 2012-2013-cü illərdə “Azadlıq” qəzetləri ilə əməkdaşlıq edib.

2006-2010-cu illərdə Naxçıvan Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi ilə əməkdaşlıq edib.

2008-2012-ci illər Reportyorların Azadlığı və Təhlükəsizlik İnstitutunun (RATİ) Naxçıvan üzrə bölgə müxbiri işləyib. İnsan haqları ilə bağlı müxtəlif beynəlxalq seminar və konfransların iştirakçısıdır. Jurnalistika, vebjurnalistika və hüquq müdafiə sahəsi üzrə beynəlxalq sertifikatlara sahibdir.

2005-2010-cu illərdə 4 saylı Naxçıvan Şəhər Seçki Dairəsində Ümid Partiyasını təmsil edib.

2013-cü ilin may ayından Ümid Partiyasının Mətbuat Xidmətinin rəhbəri kimi fəaliyyət göstərib, 2014-cü ilin iyununda Ümid Partiyası sədrinin informasiya və mətbuat məsələləri üzrə müavini təyin edilib.

Müxtəlif mətbuat orqanlarında çap olunan çoxlu sayda məqalələrin və araşdırmaların müəllifidir.

Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət Heyəti Elman bəyi təbrik edir, ona uzun ömür, can sağlığı, şəxsi həyatında və siyasi fəaliyyətində uğurlar diləyir.

Şərh yaz