Ümid Partiyası Cəmil Məmmədlini təbrik etdi

Bu gün müstəqil araşdırmaçı jurnalist Cəmil Məmmədlinin doğum günüdür.

Hər zaman məzlumun və əzilənin yanında olan, korrupsiya və rüşvətxorluğa, məmur özbaşınalığına qarşı daima mübarizə aparan, xəbər yaymaqda, araşdırmalarında obyektivliyi ilə seçilən, tanınmış jurnalist, ictimai xadim Cəmil Məmmədlinin 40 yaşı tamam olur.

Ümid Partiyasının sədri İqbal Ağazadə və Rəyasət Heyəti Cəmil bəyi təbrik edir, ona uzun ömür, can sağlığı, şəxsi işlərində və peşə fəaliyyətində uğurlar arzulayır.

Şərh yaz