Ümid Partiyası Beynəlxalq Həkimlər Günü münasibətilə həkimləri təbrik etdi

Bu gün Beynəlxalq Həkimlər Günüdür.
Hər il oktyabrın birinci bazar ertəsi dünya həkimlərinin həmrəylik və fəal əməkdaşlıq əlaməti olaraq, Beynəlxalq Həkimlər Günü kimi qeyd edilir.

Həkimlərimiz 44 günlük müharibə zamanı işğal altında olan torpaqlarımızı azad edən zaman əsgərlərimizi yalnız buraxmadılar. Tibb işçiləri döyüşçülərimizlə birlikdə səngərlərdə oldular, yaralı əsgərlərimizin xilası üçün canlarından keçənlər belə oldu.
Son iki il dünya ilə yanaşı ölkəmiz üçün də ağır il oldu. Azərbaycan səhiyyəsində olan qüsurlara baxmayaraq, tibb personalı bu ağır illəri ən çox əziyyət çəkən kəsim oldu. Onlar öz sağlamlıqlarını riskə ataraq, insanların sağlamlığının qeydinə qaldılar.
Əziz tibb işçilərimiz, ölkəmizin insanı sizlərə əmanətdir. Əməyinizin, əziyyətinizin bəhrəsini bir gün mütləq görəcək, ölkəmizin səhiyyəsindəki problemləri sizlərlə birlikdə həll edəcəyik.
Beynəlxalq Həkimlər Gününüz mübarək!
Şərh yaz