Ümid Partiyası Bayraq Günü münasibətilə xalqı təbrik edir

1918-ci ilin 9 noyabrında Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Azərbaycan bayrağının dövlət bayrağı kimi qəbul edilməsi ilə üçrəngli bayrağımız “Bir kərə yüksələn bayraq, bir daha enməz!” sədaları ilə dalğalandı…

Ötən ilin bu günü biz xalq olaraq, müqəddəs bayraq altında tarixi günlər yaşayırdıq. Azərbaycan əsgəri tarixi torpaqlarımızı geri qaytarır, Şuşanın azad olunması isə yüzillərdir arzusunda olduğumuz qələbəmizin yaxında olacağını göstərirdi.

Biz Ümid Partiyası olaraq, ərazilərimizin bütövlüyü üçün başladığımız haqq işində hər zaman xalqımızın və dövlətimizin yanında olduq, olacağıq da.

Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın rəyasət heyəti Dövlət Bayraq Günü münasibətilə xalqımızı təbrik edir, üçrəngli bayrağımızın nəzarətimizdə olmayan digər ərazilərimizdə dalğalanmasını diləyir. O günlər uzaq deyil!

Yaşasın Azərbaycan!

Bayraq bayramınız mübarək!

Şərh yaz