Ümid Partiyası Baku TV-ni təbrik etdi

Bu gün Baku TV-nin yaranmasından 4 il keçir.
Televiziya sahəsində uğurla addımlayan gənc Baku TV-yə arzu edirik ki, tezliklə təkcə internet televiziyası kimi yox, sputnikdən efirə çıxan və Azərbaycanın hər yerində yayımlanan televiziyaya çevrilsinlər.
Qoy, efirlərindən hər zaman Azərbaycanın sosial, siyasi, iqtisadi həyatı ilə bağlı xoş xəbərlərini, üçrəngli müqəddəs bayrağımızın hələ də nəzarətimizdə olmayan ərazilərimizdə dalğalandığı informasiyasını ilk verən televiziyalardan olsun.
Diləyirik ki, Baku TV dünyanın harasında olmasından asılı olmayaraq, hər bir azərbaycanlının sevimli televiziyası olun, insanları siyasi mənsubiyyətinə, milliyətinə, dininə, məzhəbinə, təriqətinə görə ayrıseçkilik etmədən uğurlar əldə edin və hər bir həmvətənimiz də sizin efirdə özünü tapa bilsin.
Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət Heyəti Baku TV kollektivini təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır.
Şərh yaz