Ümid Partiyası Bakir Həsənbəylini təbrik etdi

27 iyul – bu gün Ümid Partiyasının siyasi məsələlər üzrə sədr müavini Bakir Həsənbəylinin doğum günüdür.
Bakir Həsənbəyli Azərbaycanın ərazi bütövlüyü, ölkədə demokratik cəmiyyətin, hüquqi dövlətin yaranması üçün hər zaman mübarizənin önündə dayanıb və hazırda Ümid Partiyası sıralarında sədr müavini kimi mübarizəsini davam etdirir.
Özünəməxsus yazı üslubu ilə tanınan Bakir Həsənbəyli uzun illər müxtəlif media orqanlarında aparıcı vəzifələrdə çalışıb. Xeyli sayda araşdırmalar müəllifidir.
Bakir Həsənbəyli zaman-zaman tənqidçi jurnalistikada kəskin qələmi ilə də fərqlənib. Ölkə problemlərinin ictimailəşdirilməsində və həllində hər zaman yaxından iştirak edib.
Vətənpərvərliyi, cəsarəti, hüququn, qanunun aliliyinə yanaşması, ictimai-siyasi fəaliyyəti dönəmini sivil, demokratik, söz və mətbuat azadlığının təmin olunması, xalqın xoş gələcəyinə sərf etməsi, hər zaman hakimiyyət tərəfindən hüququ pozulanların yanında dayanması səbəbindəndir ki, həm onu tanıyanların, həm də Ümid ailəsinin hörmətini qazanıb.
Ümid Partiyasının sədri İqbal Ağazadə və Rəyasət Heyəti Bakir bəyi doğum günü münasibətilə təbrik edir, şəxsi həyatında və siyasi fəaliyyətində uğurlar diləyir!
Təbrik edirik!
Şərh yaz