Bu gün Ümid Partiyası Ali Məclisin üzvü, Cəlilabad Rayon Şöbəsinin sədri Aslan Əzimovun doğum günüdür.
Aslan Əzimov Azərbaycanın ərazi bütövlüyü, ölkədə demokratik cəmiyyətin, hüquqi dövlətin yaranması üçün hər zaman mübarizənin önündə dayanıb və hazırda Ümid Partiyasının sıralarında rayon təşkilat sədri olaraq, mübarizəsini davam etdirir. Partiyanın ictimai-siyasi həyatında yaxından iştirak edib, bütün seçkilərdə öz aktivliyi ilə seçilib.
Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət Heyəti Aslan bəyi təbrik edir, ona uzun ömür, can sağlığı, şəxsi işlərində və siyasi fəaliyyətində uğurlar arzulayır.
Şərh yaz