Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət Heyəti APA İnformasiya Agentliyini fəaliyyətinin 17-ci illiyi münasibətilə təbrik edib:
APA İnformasiya Agentliyini təbrik edir, fəaliyyətində uğurlar arzulayır, hər zaman obyektivliyini qorumağı, vətəndaşlarımızın, saytı izləyənlərin verdiyi informasiyadan məmnun qalmalarını diləyirik.
Hörmətli APA İnformasiya Agentliyinin rəhbərliyi və əməkdaşları!
Arzu edirik ki, kim haqlıdırsa, hər zaman haqlının sözünü deyəsiniz, məmləkətimiz üçün çalışasınız.
Çox tezliklə işğaldan azad edilmiş torpaqlarımızda şöbələriniz açılsın, o torpaqlardan bizə hər zaman xoş xəbərlər verəsiniz.
Dünyanın harasında olmasından asılı olmayaraq, insanları siyasi mənsubiyyətinə, milliyətinə, dininə, məzhəbinə, təriqətinə görə ayrıseçkilik etməyəsiniz, hər bir həmvətənimiz sizin saytda özünü tapa bilsin.
Bir daha təbrik edirik!