Ümid Partiyası “7 dekabr Azərbaycanda Cümhuriyyət Günü elan olunsun!” mövzusunda konfrans keçirib

Ümid Partiyasının Rəyasət Heyəti, Gənclər Təşkilatı və rayon şöbələrinin iştirakı ilə 7 dekabr 2021-ci il saat 19:00-da “7 dekabr Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk iclasının keçirildiyi gün Azərbaycanda Cümhuriyyət günü elan olunsun!” mövzusunda “Zoom” proqramı üzərindən onlayn konfrans keçirilib.

İcra Aparatının rəhbəri, Qarabağ qazisi Taleh Əliyevin moderatorluğu ilə şəhidlərin və cümhuriyyətçilərin ruhuna sayğı ilə konfrans açıq elan edilib.

Konfransda siyasi məsələlər üzrə sədr müavini Bakir Həsənbəyli, sosial məsələlər üzrə sədr müavini İlahə Sadıqova, diaspora və xaricdə yaşayan soydaşlarla iş üzrə sədr müavini Elman Abbasov, humanitar məsələlər üzrə sədr müavini Səməd Hətəmov, gənclərlə iş üzrə şöbənin sədri Şükür Cavadov, gənclər şöbəsinin üzvü Könül Nəbiyeva, partiyanın Belarusiya üzrə səlahiyyətli nümayəndəsi Müzadil Hüseynəliyev, rayon təşkilat sədrləri – Salman İmanlı, İman Cəmilli, Elçin Hacıyev və sonda Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə “7 dekabr Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk iclasının keçirildiyi gün Azərbaycanda Cümhuriyyət günü elan olunsun” mövzusu ətrafında çıxışlar ediblər və Ümid Partiyası tərəfindən bu günün Cümhuriyyət Bayramı, Cümhuriyyət Günü kimi təsbiti üçün aidiyyatı qurumlara təklif paketinin təqdim edilməsi qərarı qəbul olunub.

 

Şərh yaz