Azərbaycan Ümid Partiyası / Azerbaijan Umid Party 100 illik Cümhuriyyət Günü münasibətilə Türkiyə xalqını təbrik etdi.
Bu gün 29 oktyabr Azərbaycanın əzəli, əbədi qardaşı, doğma Türkiyədə Cümhuriyyət Günü Bayramıdır.
Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası iki dövlət, bir millət, dərin tarixi köklərlə bağlı, dünya miqyasında bir-birinə ən yaxın olan iki qardaş ölkədir. Əməkdaşlığımız bütün sahələrdə yüksək səviyyədə inkişaf edir, Azərbaycan-Türkiyə əməkdaşlığı həm regionda, həm də regiondan kənarda böyük önəm daşıyır.
Ölkələrimiz arasındakı bu əlaqələrimiz günü-gündən inkişaf edir və bu birlik daha da qüvvətlənməli, möhkəmləndirilməlidir.
Türkiyə və Azərbaycanın həmrəyliyi nə qədər güclüdürsə, həm region, həm də ölkələrimiz üçün faydalı olacaq.
İkinci Qarabağ savaşı zamanı – 44 günlük Vətən Müharibəsində də (27.09-10.11.2020) Türkiyə Azərbaycana bütün sahələrdə yüksək səviyyədə dəstək oldu. Bu müharibə hər iki dövlətin həm siyasi rəhbərliyi, həm də xalqlarımız arasındakı həmrəyliyinin nə qədər qüdrətli, nə qədər möhkəm olduğunu bir daha bütün dünyaya sübut etdi.
Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın İdarə Heyəti qardaş Türkiyəni 100 illik Cümhuriyyət Günü münasibəti ilə təbrik edir, bölgədə və dünyada Türkiyənin nüfuzunun daha da artmasını, bütün istiqamətlərdə iki qardaş ölkə arasındakı münasibətlərin daha da inkişaf etdirilməsini arzulayır.
Türkiyənin ərazi bütövlüyünün qorunması uğrunda canından keçən Şəhidlərin ruhu qarşısında baş əyirik!
Türkiyənin Cümhuriyyət Günü qutlu olsun!
Şərh yaz