Ümid Partiyası Ərkinaz Kərimovanı təbrik etdi

Bu gün Ümid Partiyasının “Ailə, uşaq, qadın və gender bərabərliyi” şöbəsinin müdiri Ərkinaz Kərimovanın doğum günüdür.
Ərkinaz xanım hər zaman ictimai-siyasi arenada aktiv olub, Azərbaycanda sivil, demokratik, hüququn aliliyi təmin olunan bir cəmiyyət qurulması uğrunda mübarizə aparıb.Bu gün də siyasi fəaliyyətini və mübarizəsini Ümid Partiyası sıralarında davam etdirir.
Ümid Partiyasının sədri İqbal Ağazadə və Rəyasət Heyəti Ərkinaz xanımı təbrik edir, ona uzun ömür, can sağlığı, şəxsi işlərində və siyasi fəaliyyətində uğurlar arzulayır.
Şərh yaz