Bu gün Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadənin doğum günüdür.
Ənvər Ağazadə siyasi fəaliyyətinə Ümid Partiyasında başlayıb, Ümidlə başlayıb. O, hər zaman prinsipiallığı, mübarizliyi ilə siyasətdə öz sözünü deyib və deməkdə davam edir. Ənvər bəy millətinə, dövlətinə bağlılığı, vətənpərvərliyi ilə seçilənlərdəndir. O, dövlət atributlarımızın ən böyük təbliğatçılarından biri, Bütöv Azərbaycan sevdalısıdır. Ənvər Ağazadə Azərbaycanın ərazi bütövlüyü, ölkədə demokratik cəmiyyətin, hüquqi dövlətin yaranması, elin, obanın problemlərinin həlli üçün bu gün də mübarizənin önündədir.
Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət Heyəti Ənvər bəyi təbrik edir, ona uzun ömür, can sağlığı, şəxsi işlərində və siyasi fəaliyyətində uğurlar arzulayır.